“Formula-1”in mətbuat xidməti bununla bağlı məlumat yayıb:
“Uzun düşüncələrdən və müzakirələrdən sonra promouter 2026-cı ildən sonra təqvimdə qalmamağa qərar verdi”.
2024 mövsümündə Niderland mərhələsinin qalibi “Maklaren”in 24 yaşlı pilotu Lando Norris olub. Bu mərhələ 2021-ci ildən bəri Zandvortdakı aerodromda keçirilir. Əvvəllər, yəni 1948-85-ci illər aralığında da Zandvort yarışlara təşkilatçılıq edib.