Dəməşqin 40 kilometr şimalındakı Quteyfə bölgəsində Əsəd rejimi tərəfindən öldürülən insanların meyitlərinin olduğu kütləvi məzarlıq aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Suriyalı Təcili Əməliyyat Qrupu (SETF) rəhbəri Muaz Mustafa məlumat verib.
Quteyfədə 5 kütləvi məzarlıq olduğunu bildirən M. Mustafa, 100 min meyitin təkcə yeni tapılan məzarlıqda aşkarlandığını qeyd edib: "Kütləvi məzarlıqlarda suriyalılarla yanaşı, Amerika və İngiltərə vətəndaşlarının da meyitləri var. Bu, həddən artıq çoxdur”.
Mustafa bildirib ki, insanlar işgəncə ilə öldürüldükdən sonra toplandıqları hərbi xəstəxanalardan kütləvi məzarlığa göndərilib.