RU

Belarus Rusiyaya başsağlığıverdi

Belarus Müdafiə Nazirliyinin Kollegiyası Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillovun vəfatı ilə əlaqədar Rusiyanın müdafiə naziri Andrey Belousova başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus departamentinin mətbuat xidməti məlumat yayıb.

“Belarus Respublikası Müdafiə Nazirliyinin kollegiyası Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousova, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisinin qohumlarına və yaxınlarına başsağlığı veririk. Baş verən faciə bizim ümumi dərdimizdir və bu çətin anda itkinin acısını sizinlə bölüşür və yas tuturuq", - məlumatda qeyd olunur.

Qeyd edək ki, Moskvada törədilmiş terror aktı nəticəsində general İqor Anatolyeviç ölüb.

Türkan İSGƏNDƏRLİ

Избранный
26
redaktor.az

1Источники