RU

Sahibkalar Şuşada təmir işlərində iştiraka dəvət olunub

Şuşa şəhərində Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmiri işləri çərçivəsində xarici işıqlanma, abadlaşdırma və dizel generatorun alınması, quraşdırılması məqsədilə tender elan edilib.

Teleqraf.com xəbər verir ki, satınalan təşkilat, yəni sifarişçi Şuşa Şəhəri Dövlət Qoruğudur.

İşlər üçün ehtimal olunan qiymət 388 milyon 220 min manatdır. Müsabiqədə iştirak haqqı 350 manatdır. Yeri gəlmişkən, təkliflərin son təqdim olunma tarixi növbəti ilin yanvar ayının 13-dür. İddiaçıların zərfləri elə həmin gün açılacaq.


Müəllif: Teleqraf.com
Избранный
10
1
teleqraf.com

2Источники