Dekabrın 17-si günorta saatlarından başlayan güclü külək Göyçayda fəsadlar törədib...
Poliqon AZƏRTAC-a istinadən xəbər verir ki, külək şəhər ərazisində bir sıra yaşayış binalarının dam örtüklərini uçurub, irigövdəli ağacları kökündən çıxarıb.
Həmçinin, elektrik dirəkləri aşıb, xətlər qırılıb.
Rayona və kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Poliqon.info