RU

FIBAA-nınakkreditasiya sertifikatları UNEC-ə təqdim olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturaüzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”,“Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation forInternational Business Administration Accreditation) beynəlxalqakkreditasiyasını qazanıb. Bununla bağlı keçirilən tədbirdə Elm vəAli Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova,Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədriTural Əhmədov, FIBAA-nın icraçı direktoru Diane Freiberger,nümayəndə heyəti və universitet əməkdaşları iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov universitetinbeynəlxalq akkreditasiyasının qazanmasının çox qürur verici bir halolduğunu bildirib. Ədalət Muradov bu uğurun önəmindən danışaraq,universitet təhsilinin beynəlxalq keyfiyyət standartlarına uyğunolduğunu vurğulayıb. O, həmçinin magistratura proqramlarının 5 ilmüddətinə və şərtsiz akkreditasiya olunduğunu qeyd edib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoruÜlkər Səttarova bu nailiyyətin təqdirəlayiq olduğunu qeyd edərək,universitet üçün beynəlxalq təcrübə qazandırdığını vurğulamışdır.Ü.Səttarova FIBAA-nın rəhbərliyi tərəfindən sertifikatın rəsmişəkildə təqdim olunmasının UNEC-inbeynəlxalq əlaqələriningenişləndirilməsi prosesində uğurlu addım olduğunu, FIBAA-nınuniversiteti dəstəklədiyinin göstəricisi olduğunu xüsusivurğulayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədriTural Əhmədov bu beynəlxalq akkreditasiyanın önəmindən danışaraq,UNEC-in akkreditasiya prosesində daha da inkişaf etdiyini,beynəlmiləlləşməsini vurğulayıb. T.Əhmədov Agentliklə universitetinəlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

FIBAA-nın icraçı direktoru Diane Freiberger təqdimatla çıxışedərək, ENQA-nın üzvü, ali təhsilin akkreditasiyası və keyfiyyətekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA haqqında məlumatverib. Bildirib ki, FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin,Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digərölkələrdə 1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.

Sonda isə FIBAA-nın icraçı direktoru beynəlxalq sertifikatlarıUNEC-in rektoru professor Ədalət Muradova təqdim edib.

FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
FIBAA-nınakkreditasiya
Избранный
6
8
az.trend.az

10Источники