RU

Ölkədə kommersiya qurumlarının üçdə biri qeyri-aktivdir – Səbəb nədir?

Dövlət Vergilər Xidmətinin məlumatına görə, Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir. Qeyd olunur ki, dekabrın 1-nə 188 min 877 kommersiya qurumu qeydiyyatda olub. 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195-nin isə qeyri-aktiv olub.

Xidmətdən "Turan"a bildirilib ki, bu ilin 11 ayı ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10.9 faiz artıb: "Hazırda özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 87 faizə yüksəlib, məşğulluqdakı payı isə 78 faizdən çoxdur".

Vurğulanıb ki, bürokratik müdaxilələrin qarşısının alınması üçün, bir sıra hallar istisna olunmaqla, yoxlamalar 2015-ci ildən 2025-ci il yanvarın 1-nə qədər dayandırılıb: "İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azaddırlar ".

Xidmətin məlumatına görə, 2004-2023-cü illərdə 28 min 308 sahibkara 3.01 milyardmanatməbləğində güzəştli kredit verilib: "Layihələr insayı 45 min 669, yeniiş yerlərininsayı isə 176 min 213 olub".

İqtisadçı Zöhrab İsmayıl Azərbaycanda qeyri-aktiv kommersiya qurumlarının sayının artmasının səbəbləri çox olduğunu bildirib: "Birincisi, ölkədə dövlət monopoliyası var və iqtisadiyyatın əsas sektorları dövlət şirkətlərinin nəzarətindədir... İstər xarici ticarət fəaliyyəti olsun, istər daxildə biznes, sahibkarlıqla sərbəst şəkildə məşğul olmaq üçün şərait yoxdur".

Onun sözlərinə görə, dövlət satınalmaları azad və şəffaf şəkildə keçirilmir: "...Kommersiya qurumları açılır, sonra da bu şəraitdə fəaliyyət göstərə bilmədiyi üçün aktiv fəaliyyətini dayandırır".

“AzPolitika.info”

Избранный
79
1
azpolitika.info

2Источники