RU

Sumqayıt universitetində ixtisarlar? – Mətbuat katibi cavablandırmadı

Artıq bir müddətdir ali təhsil müəssisələrinin attestasiya prosesi həyata keçirilir. Məlumata görə, Sumqayıt Dövlət Universitetində də attestasiya keçirilib. Mənbənin verdiyi məlumata görə, 450 nəfərdən artıq əməkdaş - əsasən laborant, kitabxanaçı, preporator, texnik, mühəndis, operator  və s. arasında keçirilən attestasiyadan təxminən 200 işçi keçə bilməyib.  Attestasiyadan keçə bilməyənlərin aqibəti isə sual altında olduğu bildirilir. 

Maraqlıdır ki, attestasiyanın keçirilməsinə zərurət nə olub?
Görəsən, nə qədər işçi attestasiyadan keçib və keçməyənlər işdən azad olunacaqmı?
Məsələni dəqiqləşdirmək və suallarımıza cavab almaq üçün 27 noyabr tarixində universitetlə əlaqə saxlamaq çalışdıq. Təəssüf ki, yalnız bir neçə gün sonra 5 dekabr tarixində SDU ilə əlaqə yaratmağa müvəffəq olduq. Ali təhsil müəssisəsinin yeni təyin edilmiş mətbuat katibi Elgün Rüstəmlilər suallara cavab verilməsi üçün yazılı sorğu göndərməyimizi istədi. Dərhal sorğu göndərərək suallarımıza cavab axtarmağa çalşdıq.
13 dekabr tarxində  sorğuya nə zaman cavab veriləcəyini aydınlaşdırmaq üçün yenidən Elgün Rüstəmlilər ilə əlaqə saxladıq. Bildirildi ki, sorğunun cavabı indi deyil (?!), yalnız yanvar ayında  ictimaiyyətə ümumi şəkildə təqdim olunacaq.
Bilirik ki, əgər hər hansı informasiya ictimai əhəmiyyət daşıyırsa, qurumun mətbuat xidməti və ya qurumun rəsmi saytı vasitəsilə açıqlama verilməlidir. Amma konkret hansısa jurnalistin, müxbirin fərdi şəkildə sualı olursa, o da müvafiq qaydada dəqiqləşdirilib cavablandırmalıdır.
"Media haqqında” Azərbaycan Respublikası Qanununda informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulur. Belə anlaşılmırmı ki, SDU əməkdaşları qəbul edilmiş qanunları görməzdən gəlir və jurnalistin məlumat əldə etmək hüququnu məhdudlaşdırır?!
Избранный
39
yenilik.az

1Источники