RU

İrqçi mühakimələr yürüdən dairələr Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməlidir -İcma

İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlarla birlikdə hərəkət etdiyini göstərir.

“İki sahil” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin girovuna çevrilməsi, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulmaları ikrah doğurur.

Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidir”.

Избранный
45
10
ikisahil.az

10Источники