RU

Almaniya “Heyəti Təhrir Şam” təşkilatı ilə danışıqlara başlayıb

Almaniya Suriyada Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə göndərdiyi diplomatik nümayəndələr vasitəsilə “Heyət Təhrir Şam” (HTŞ) təşkilatı ilə ilk danışıqlara başlayıb.

“İki sahil” Almaniya mediasına istinadla xəbər verir ki, görüşdə Suriyada keçid dövrü və etnik azlıqların qorunması məsələləri müzakirə olunub.

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında səfər zamanı Dəməşqdə diplomatik nümayəndəliyin açılması imkanlarının da araşdırılacağı qeyd olunub. Nümayəndə heyətinin Suriyada vətəndaş cəmiyyətinin və xristian icmasının təmsilçiləri ilə də görüşlər keçirəcəyi bildirilib.

Избранный
15
3
ikisahil.az

10Источники