RU

SABAH qrupunda müəllim işləmək istəyənlər üçün VAKANSİYA

2024/2025-ci tədris ilinin yaz semestri üçün SABAH qruplarının bakalavriat səviyyəsinə müəllim qəbulu elan edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024/2025-ci tədris ilinin yaz semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

 

Seçiləcək professor-müəllim heyətinin vəzifələri:

 

Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması; 

Kurs sillabusunun hazırlanması; 

Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi; 

SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi; 

Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi; 

Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

Müsabiqədə iştirak etmək üçün tələblər: 

Ən azı magistr dərəcəsinə malik olması;

Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması;

Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması;

Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;

İnnovativ tədris metodlarını tətbiq edə bilməsi;

Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi;

Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;

Dinamik, təşəbbüskar, pozitiv olması;

Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması. 

 

Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır: 

 

İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək;

SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür;

Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər;

Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;

Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;

Qeydiyyat ilə bağlı sual yarandıqda teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;

Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;

Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;

Bu seçim müvafiq fənn üzrə yalnız 2024/2025-ci tədris ilinin yaz semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur. 

 

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 26.12.2024-cü il, 23:59 müəyyən edilib.

 

Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir. 

Избранный
2
4
modern.az

5Источники