RU

Ceyhun Məmmədov: "Müəllim hissə qapılmadan addımlar atmalıdır!"

“Bu gün respublikada yüz minlərlə şagirdin təhsil aldığı 4 400 məktəbdə çoxsaylı müəllim çalışır. Təəssüf ki, zaman-zaman onlar arasında arzuolunmaz halların baş verdiyinin şahidi oluruq”.

Bunu TehsilForumu.Az-a açıqlamasında sosial şəbəkələrdə Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair yayılan görüntülərə münasibət bildirən Millət vəkili Ceyhun Məmmədov bildirib. 

Bir müddət əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən də müəllimlərin etik davranış qaydaları ilə bağlı məsələyə münasibət bildirildiyini vurğulayan millət vəkili qeyd edib ki, burada çoxsaylı müəllimdən və şagirddən söhbət gedir:

“Hesab edirəm ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün görüləcək işlər barədə düşünməliyik. İlk növbədə, bu məsələdə həm müəllimlərin, həm də şagirdlərin üzərinə məsuliyyət düşür”. 

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, hazırki dövrdə müəllimlərin zor tətbiq etməsi, məktəblilərin döyülməsi qarşıya qoyulan hədəflərə töhfə vermir. Yəni, təhsilverənlər şagirdlərlə dil taparaq, daha çox ölçüb-biçərək, heç bir hissə qapılmadan addım atmalıdır.  

TehsilForumu.Az

Избранный
26
tehsilforumu.az

1Источники