RU

Azərbaycanda neçə onkoloji xəstə var? - Rəsmi AÇIQLAMA

Azərbaycanda onkoloji xəstələrin sayında artım var.

Modern.az-ın məlumatına görə, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.

O bildirib ki, 2023-cü ilin məlumatına görə, Azərbaycanda 69 435 nəfər onkoloji xəstə qeydiyyatdadır. Onlardan 25257 nəfəri 5 il və daha çox uzun müddət yaşayanlardır:

"5 ildən yuxarı yaşayanlar dedikdə, onların arasında 15 il, 30 il, 40 il yaşayanlar da var. Sizə yüzlərlə belə insanları göstərə bilərik".

Baş həkim televiziyaya açıqlamasında onkoloji xəstələrin sayının artmasının əhali sayının artması ilə əlaqəli olduğunu bildirib.

"Bir neçə il bundan əvvələ nəzər salsaq, görərik ki, Azərbaycanın əhalisi 6 milyon olanda, qeydiyyatda 28 min xəstə var idi. Bu gün 10 milyon 320 min əhalisi olan ölkə üçün 69 min onkoloji xəstənin olması qorxunc bir rəqəm deyil. Əgər qonşu ölkələrin statistik məlumatlarına baxsaq, ölkə var ki, 1 milyon əhalisinə görə, qeydiyyatda 17 min xəstəsi var. Ölkə var ki, 2 milyon əhalisinə görə, 50 min qeydiyyatda xəstə var. Gəlin müqayisə edək, harada çoxdur, əlbəttə ki, onlarda".

Избранный
18
modern.az

1Источники