RU

“Gecə saat 2-də ərimə niyə zəng edirsən?” - Zülfiyyədən Telliyə

Aşıqlar Telli Borçalı və Zülfiyyə İbadova arasında qalmaqal pik həddə çatıb. 

 

OLAY yazır ki, bu dəfə tərəflər “Rəngarəng” verilişində toqquşublar. 

 

Telli canlı yayımda Zülfiyyənin ünvanına sərt mesajlar yollayıb: 

 

“Yenə haqqımda başından yekə yalanlar danışıb. Verilişə çəkilir, ancaq mənim haqqımda danışır. Söyləyir ki, Telliyə nöqtə qoymuşam. Xəbəri yoxdur ki, mən ona böyük nida işarəsi qoymuşam. Sən kimsən ki, məni müzakirə edirsən? Mənim haqqımda danışmaq sənin başın üçün deyil. Get öz ailəndən danış. Səndən roman, dastan yazmaq olar. Ağ yuyub, qara sərərəm, hələ üstəlik səni yollara sərərəm. Mənim quyruğumu tapdalayanın başını əzəcəyəm”.

 

Bundan sonra Tellinin mikrofonu efir rejissoru tərəfindən söndürülüb və onun dediklərini eşitmək olmayıb. 

 

Gərgin dolu keçən proqramın növbəti dəqiqələrində Z. İbadova telefon vasitəsi ilə canlı efirə qoşulub. 

 

Nəticədə ikili bir-birinin ünvanına nalayiq ifadələr səsləndiriblər. 

 

İbadova “Ədəbli ədəbindən susur. Söhbəti analiz edə bilmirsə, yanında kimsə ona izah etsin” sözlərinə Borçalı “Həyasızın yanında susa bilmərəm” cavabını verib. 

 

Bu anda Tellinin bu çıxışına Zülfiyyə “Gecə saat 2-də ərimə niyə zəng edirsən?” ifadələri ilə qarşı tərəfi hiddətləndirib. 

 

Bundan sonra onların mübahisəsinin səsini eşitmək mümkün olmayıb, çünki efir rejissoru tərəfindən yenidən mikrofonlar söndürülüb. 

 

Qeyd edək ki, aşıqlar arasındakı qalmaqala səbəb Z. İbadovanın verilişlərin birində söylədiyi “Sazımı Telliyə əmanət etmərəm. Çünki restoranımıza gəlmişdi, sazını gecə orada unudub gedib” sözlərini dilə gətirməsi olub.

Избранный
20
4
bizimshow.az

5Источники