RU

“Gecə saat 2-də ərimə niyə zəng edirsən?” -

Aşıqlar Telli Borçalı və Zülfiyyə İbadova arasında qalmaqal pik həddə çatıb.

Publika.az xəbər verir ki, bu dəfə tərəflər “Rəngarəng” verilişində toqquşublar.

Telli canlı yayımda Zülfiyyənin ünvanına sərt mesajlar yollayıb:

“Yenə haqqımda başından yekə yalanlar danışıb. Verilişə çəkilir, ancaq mənim haqqımda danışır. Söyləyir ki, Telliyə nöqtə qoymuşam. Xəbəri yoxdur ki, mən ona böyük nida işarəsi qoymuşam. Sən kimsən ki, məni müzakirə edirsən? Mənim haqqımda danışmaq sənin başın üçün deyil. Get öz ailəndən danış. Səndən roman, dastan yazmaq olar. Ağ yuyub, qara sərərəm, hələ üstəlik səni yollara sərərəm. Mənim quyruğumu tapdalayanın başını əzəcəyəm”.

Bundan sonra Tellinin mikrofonu efir rejissoru tərəfindən söndürülüb və onun dediklərini eşitmək olmayıb.

Gərgin dolu keçən proqramın növbəti dəqiqələrində Z. İbadova telefon vasitəsi ilə canlı efirə qoşulub.

Nəticədə ikili bir-birinin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Избранный
23
4
publika.az

5Источники