Bakı. Trend:
Azərbaycan Şahmat Federasiyasından yeni dəstək proqramı
Azərbaycan Şahmat Federasiyası (AŞF), şahmatçıların inkişafınıdəstəkləmək və milli yığma komandaların formalaşma meyarlarınımüəyyənləşdirmək məqsədilə yeni dəstək proqramını təqdim edib.
Trend xəbər verirki, AŞF-nin İcraiyyə Komitəsi, şahmatçıların etik davranışqaydalarını da ilk dəfə olaraq təsdiqləyib.
Yeni dəstək proqramı çərçivəsində şahmatçılara beynəlxalqreytinqlərinə əsasən təqaüd veriləcək. Kişi şahmatçılar üçün 2600,qadın şahmatçılar üçün isə 2300 reytinqindən aşağı olmayanşahmatçılar 2025-ci ilin yanvar ayından etibarən aylıq təqaüd almaqhüququna sahib olacaqlar. Bu proqramdan faydalanmaq üçünşahmatçılar aşağıdakı şərtləri yerinə yetirməlidir:
Azərbaycan çempionatında iştirak etməli,
FIDE reytinqində aktiv statusda qalmalı,
İyul ayından etibarən il ərzində minimum 25 oyun keçirməlidir.
Milli yığma komandaya daxil edilən şahmatçılar isə əlavə təqaüdalacaq.
Bundan əlavə, yaş qrupları üzrə ölkə çempionatının qalibləriüçün də vacib yeniliklər nəzərdə tutulub:
Ölkə çempionları avtomatik olaraq dünya və Avropaçempionatlarında iştirak hüququ əldə edəcəklər.
2-ci yerin sahibləri Avropa çempionatına göndəriləcək.
3-cü yeri tutan şahmatçılara beynəlxalq yarışlarda iştirak üçünmaliyyə dəstəyi göstəriləcək.
Bu yeniliklərin, şahmatçıların inkişafını sürətləndirəcəyi,beynəlxalq arenada daha çox uğur əldə etmələrinə imkan yaradacağıvə ölkədə şahmatın daha geniş yayılmasına təkan verəcəyigözlənilir.