Avropa İttifaqı suriyalı qaçqınlar üçün Türkiyəyə bir milyard avro ayırıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
O qeyd edib ki, Avropa İttifaqı Suriyadan olan qaçqınlara görə işində Türkiyəyə son 12 ildə 10 milyard avroya yaxın vəsait ayırıb.