RU

Əmrah Həsənli: "Unutmamalıdır ki, onun hər bir hərəkəti nümunədir!"

"İlk növbədə, biz müəllimi qınayırıq, bu hərəkət təhsilverənin etik qaydalarına ziddir. Onun şagirdə göstərdiyi bu cür münasibət yolverilməzdir".

Bunu TehsilForumu.Az-a açıqlamasında sosial şəbəkələrdə Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair yayılan görüntülərə münasibət bildirən təhsil eksperti Əmrah Həsənli bildirib. 

Təhsil eksperti həmçinin qeyd edib ki, hazırki situasiyada yalnız müəllim deyil, eyni zamanda şagird də ciddi şəkildə qınanmalıdır. Ona görə ki,  şagird Azərbaycan müəllimini o həddə çatdırıb ki, məktəbliyə qarşı bu formada təzyiq tətbiq edib. 

"Biz həm müəllimi, həm də şagirdi qınayırıq. Həmçinin həmin şagirdin valideyni də qınanmalıdır, tərbiyə ailədən gəlir və uşaqlara düzgün tərbiyə verilməməsinin nəticəsidir ki, məktəb mühitində xoşagəlməz mənzərənin şahidi oluruq. 

Digər tərəfdən, müəllim bir pedaqoqdur, unutmamalıdır ki, onun hər bir hərəkəti gələcək nəsil üçün nümunədir. 

Bu baxımdan, müəllim heç bir halda, bu cür vəziyyət sərgiləməməli idi". 

TehsilForumu.Az 

Избранный
41
tehsilforumu.az

1Источники