RU

Azərbaycanda ən yüksək əməkhaqqını onlar alır: 3700 manat...

Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 993,2 manat təşkil edib.

"Cebheinfo.az"-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda 943,3 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub.

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

2024-cü ilin yanvar-oktyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manatla) siyahısını təqdim edirik: 

"Cebheinfo.az"

Избранный
29
20
cebheinfo.az

10Источники