RU

İlham Əliyev: “Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac yoxdur” – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına ehtiyac olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində danışıb.

Prezident jurnalistin “Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı?” sualına cavab olaraq bildirib:

“Xeyr, ehtiyac yoxdur. Nəzərə alsaq ki, vaxtaşırı bu barədə müəyyən media qurumlarında məlumatlar yayılır, deməliyəm ki, buna heç bir ehtiyac yoxdur. Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ilin əvvəlindən həyata keçirilməyə başlanıb. Məhz o vaxtdan başlayan bu hərbi əməkdaşlıq bu günə qədər davam edir. 

Əlbəttə, əməkdaşlıq formaları ehtiyacdan asılı olaraq dəyişir, amma deməliyəm ki, son 30 ildən çox bir müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara uyğunlaşdırılmasında böyük rol oynayıb”, - deyə dövlət başçısı qeyd edib.


Bizim.Media

Избранный
33
50
bizim.media

10Источники