RU

Məhkəmə “Azroşen”in pulunu məsimsəyən eks-meneceri ilə bağlı qərar verdi

Şəki Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Xasay Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Xasay Səfərov “Azroşen” MMC-nin satış üzrə menecer vəzifəsində işləyib. O, 2022-ci ildə qaimə fakturaları əsasında Beyləqan, Füzuli və Zərdab rayonlarında fəaliyyət göstərən ticarət subyektlərindən qəbul etdiyi sifarişlər əsasında Cəmiyyətə məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən anbardan satış üçün tam maddi məsuliyyətinə götürdüyü qənnadı məhsullarını satıb və 14 285 manat pulu mənimsəyib. Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Xasay Səfərov 1 il 5 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan “Azroşen” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. 

 

Kamal Məmmədov

Tarix: 18 Dekabr 2024, 09:29   
Избранный
16
pravda.az

1Источники