RU

"Tottenhem"in Bentankurla bağlı şikayəti rədd edildi

İngiltərə Futbol Assosiasiyası (EFA) "Tottenhem"in yarımmüdafiəçi Rodriqo Bentankurun 7 oyunluq cəzası ilə bağlı şikayətini rədd edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, uruqvaylı jurnalistin Son Xın-Minlə bağlı sualına Bentankurun verdiyi cavab başına bəla açıb: “Son? Bu, hətta onun əmisi oğlu da ola bilər, çünki hamısı eyni görünür”.

27 yaşlı Bentankur daha sonra Sondan üzr istəyib və sözlərini “çox pis zarafat” olduğunu etiraf edib.

Lakin sentyabr ayında İngiltərə Futbol Assosiasiyası oyunçuya qarşı rəsmi ittiham irəli sürüb, Bentankur bununla razılaşmayıb.

Araşdırmalar nəticəsində müstəqil FA komissiyası yarımmüdafiəçini 7 oyunluq diskvalifikasiya və 126 min dollar məbləğində cərimələyib.

Mirağa

Избранный
22
fanat.az

1Источники