RU

“Honda” və “Nissan” birləşmək üçün danışıqlara başlayıb – FT


Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün qabaqcıl danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Finacial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb .
Bildirilir ki, iki şirkət onlara daha yaxşı rəqabət aparmağa kömək edəcək kombinasiyanı araşdırırlar.
“Birləşmə halında qlobal avtomobil sənayesində 52 milyard dollarlıq sərvəti olan nəhəng ortaya çıxacaq. O, “Toyota” və “Volkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq, həmçinin “Tesla” və Çinin BYD şirkətləri ilə rəqabət aparmaq üçün investisiya cəlb etməyə qadir olacaq”, - nəşr yazır.
Qeyd edək ki, BYD 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə “Honda Motor” və “Nissan Motor”u geridə qoyub və dünyada yeddinci yeri tutub. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satış həcmini 40% artırıb.
Избранный
4
2
yeniavaz.com

3Источники