RU

Vanuatudakı dağıdıcı zəlzələdə 14 nəfər ölüb

Sakit okeanın Vanuatu adasında dekabrın 17-də baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 14 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi dövlət qurumlarına istinadla məlumat yayıb. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə xəsarət alan var. Hazırda dağıntı olan binalarda, evlərdə axtarış işləri aparılır.

Çinin Vanuatudakı səfirliyi zəlzələdə 2 Çin vətəndaşının da öldüyünü açıqlayıb.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində paytaxt Port Viladakı tikililər, o cümlədən ABŞ və digər səfirliklərin yerləşdiyi binalara ciddi ziyan dəyib. Zəlzələnin episentri Vanuatunun əsas adası olan Efate sahillərindən təxminən 30 kilometr aralıda, 57 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra müxtəlif gücdə bir neçə afterşok baş verib. Sonuncu belə yeraltı təkan (6,1 bal) dekabrın 18-də qeydə alınıb.

İllik Dünya Risk Hesabatına görə Vanuatu zəlzələ, tufan, daşqın və sunami kimi təbii fəlakətlərə ən çox həssas olan ölkələrdəndir.

Избранный
25
5
ikisahil.az

6Источники