RU

Azərbaycan üzgüçüsü Abu Dabidə 7 medal qazandı, yarışın ən yaxşısı oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Üzgüçülük Federasiyasının idmançısı beynəlxalqturnirdə 7 medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2010-cu iltəvəllüdlü üzgüçümüz Yeqor Maynitskiy 14-16 dekabr tarixlərindəBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilənbeynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütünrəqiblərindən üstün olaraq qızıl medal qazanib.

İdmançımız brass üsulunda 100 və 200 metr məsafələrdə də birinciolub. Bundan başqa Y. Maynitskiy 200 metr məsəfəni qarışıq üsuldada hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarındada gücünü sınayan üzgüçümüz 400 metr məsafəni qarışıq üsulda və 50metri sərbəst üsulda 2-ci üzüb. 50 metr məsafəni kəpənək üsuldaüzən idmançımız 3-cü olub.

Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürüncmedal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısıfəxri adına layiq görülüb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
7
2
az.trend.az

3Источники