RU

"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var" - İlham Əliyev

"Bakı Qarabağın bərpasına Rusiyanın sərmayəsini gözləyir və Rusiya şirkətlərinin gəlişini görməyə şad olacaq".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "Ria Novosti" agentliyinə müsahibəsində deyib. 

Ölkə lideri Türkiyənin Azərbaycanda hərbi baza yaratmaqla bağlı mətbuatda yayılan məlumatları siyasi spekulyasiya adlandırıb: "Bir sözlə, müəyyən mediada vaxtaşırı belə məlumatların yer aldığını nəzərə alaraq, cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur". 

Prezident Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı deyk xəbərləri təkzib edərkən bilirib ki, bu gün dünyanın heç bir yerində bir hərbi baza gizlətmək demək olar ki, mümkün deyil. 

İlham Əliyev xatırladıb ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində təhlükə və təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var: "Bu, həm Azərbaycanın, həm də Türkiyənin öhdəliyidir ki, əgər ölkələrdən biri xarici təhlükə, xarici təcavüzlə üzləşərsə, ona kömək etmək lazımdır". 

Prezident həmçinin qeyd edib ki, ölkələrimiz arasında 30 ildən artıq davam edən hərbi əməkdaşlıqda Türkiyə və onun hərbi strukturları Azərbaycan ordusunun müasirləşdirilməsində, döyüş qabiliyyəti, əməliyyatların planlaşdırılması, vəziyyətin təhlili, hərbi kəşfiyyat sahəsində yüksək standartlara çatdırılmasında böyük rol oynayıb: "Biz bu cür köməyə görə türk dostlarımıza çox minnətdarıq".

Ağarza Elçinoğlu 

Избранный
15
9
unikal.az

10Источники