RU

Politoloq Saks: "ABŞ Rusiyanı nüvə müharibəsinə təhrik edir"

Ukrayna münaqişəsini gərginləşdirmək siyasəti yürüdən ABŞ hakimiyyəti Rusiyanı nüvə müharibəsinə təhrik edir. 

Bu sözləri politoloq, iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Biz getdikcə nüvə müharibəsinə yaxınlaşırıq. Bəli, hər şey kəskinləşir", - ekspert bildirib.

O, Eskalasiyaya misal olaraq  ABŞ-ın hazırkı prezidenti Co Baydenin Kiyev rejiminə Rusiyanın dərinliklərinə Amerika raketləri atmaq icazəsini göstərib.  Saks zərbələrin əslində Ukrayna tərəfdən deyil Amerikadan gəlməsi mənasına çevrildiyini etiraf edib. O, Rusiyanın da cavab olaraq Amerika ərazisinə hücum edəcəyi təqdirdə ABŞ-ın nə edəcəyi ilə maraqlanıb.

 Politoloq onu da bildirib ki, Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın təhlükəsizliyini yalnız zəiflədib.

Tural

Избранный
9
news365.az

1Источники