RU

Azərbaycanın idxalı 19%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 43 milyard 109 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 216 milyon dollar və ya 8,9% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 22,8% azalaraq 24 milyard 337 milyon ABŞ dollarına enib. İdxalı isə 18,7% artaraq 18 milyard 771 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 5 milyard 566 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,8 dəfə az olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
3
1
banco.az

2Источники