Bakı,18 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gələcək. Qətərin paytaxı Doha şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edəcək.