Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlayan, əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Ə.Hüseynov saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırmalarla Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.