Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-noyabr aylarında 241 milyon 93 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 14,9% azalıb, həcmi isə 2% artıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 215.8 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (258.8 dollar) ilə müqayisədə 16,6% və ya 43 dollar azdır.