RU

ABŞ M1156A1 tuşlama dəstlərinin Norveçə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 130 milyon dollar dəyərindəki M1156A1 tuşlama dəstlərinin Norveçə satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 8001 ədəd M1156A1 tuşlama dəstinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Northrop Grumman” şirkəti olacaq.

Избранный
4
1
poliqon.az

2Источники