Bakı. Trend:
Dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Sabunçurayon prokurorluğundan məlumat verilib.
Bildirilir ki, araşdırmalarla 1995-ci il təvəllüdlü İgidRəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmışmübahisə zamanı tanışı Elnarə ibrahimovanın baş nahiyəsinə daşparçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.