RU

Rusiyalı generalın qətlində şübhəli bilinən şəxs saxlanılıb

AzVision.az xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr mərkəzi belə məlumat yayıb.

“Rusiya FTX-nin Rusiya Daxili İşlər nazirliyi və Rusiya İstintaq komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan respublikasının vətəndaşını müəyyən edərək saxlayıb. Onun Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində Rusiya Silahlı Qüvvələrinin RKBZ qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi mayor İ.V.Polikarpov həlak olublar”,- bəyanatda deyilir.

FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb olunduğunu bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, evdə hazırlanmış güclü partlayıcı qurğu aldıqdan sonra onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə yerləşdrib.

Moskvada partlayış:Rusiyanın məşhur generalı öldürüldü - VİDEO
Generalın yaşadığı ünvana nəzarət etmək üçün o, icarəyə götürdüyü avtomobildə paylaşmasmayaimkan verən “Wi-Fi” videokamerası quraşdıraraq görüntünü Dneprdəki (Ukrayna) təşkilatçılara yayımlayıb. Zabitlərin binanın alaqapısındançıxması barədə video siqnal aldındıqdan sonra partlayıcı qurğu uzaqdan işə salınıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
9
1
azvision.az

2Источники