Rusiya Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də Moskvada yaşadığı evin qarşısında partladılaraq öldürülən Rusiya Silahlı Qüvvələrinin qoşun rəisi general-leytenant İqor Kirillovun qətlində şübhəli bilinən Özbəkistan vətəndaşının ifadəsini yayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, yayılan videoda Özbəkistan vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə Moskvaya gəldiyini, skuter və partlayıcı qurğu aldığını söyləyib.
O bildirib ki, rusiyalı generalı 100 min dollar və Avropa ölkələrindən birinin pasportu qarşılığında qətlə yetirdiyini söyləyib.