Suriyada 61 illik “Bəəs” rejiminin devrilməsindən sonra İranın tarazlığı alt-üst olub. Suriyadakı gəlişmələr qarşısında Rusiya ilə birlikdə ən çox itirən ölkə olaraq görülən İran fərqli rəftar sərgiləməyə başlayıb.
Turkustan.az xəbər verir ki, Tehran Suriyadakı səfirliyini yaxın vaxtlarda fəaliyyətə başlayacağını bəyan edərkən, Suriyanın yeni hökumətindən borcunu da istəyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Suriyadakı mövcudluğunun “terrorla mübarizə” üçün olduğunu iddia edib.
Baqeyi Suriyanın İrana olan borcu və bu çərçivədəki rəqəmlərlə bağlı suala belə cavab verib:
“Suriyada keçid mərhələsinin bitməsini gözləyirik. İki ölkə arasında bağlanan müqavilələr və memorandumlar iki ölkə arasındadır və ləğv edilməyəcək. Bu məsələnin ardınca getmək İranın gündəmindədir”.
Devrilən Əsəd rejiminin İrana 30 milyard dollar borcunun olduğu iddia edilib. Rejimin son başçısı dekabrın 8-də Suriyadan Rusiyaya qaçıb./teleqraf.com