RU

Türkiyə prezidenti Qətər əmirini Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb

 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfər edən Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani ilə görüşüb. 

Prezident Ərdoğan Qətər əmiri əl-Sanini Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb. İki ölkənin başçıları arasındakı görüş mətbuata qapalı şəkildə keçirilib.

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi məlumata görə, görüşdə Türkiyə ilə Qətər arasındakı münasibətlər, regional və qlobal mövzular müzakirə edilib. 

Prezident Ərdoğan görüş zamanı Türkiyənin Suriya xalqının və rəhbərliyinin yanında olduğunu, ölkənin ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunması üçün dəstəyini davam etdirəcəyini bildirib. O, Suriyanın yenidənqurma prosesində beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməli olduğunu vurğulayıb. 

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyini qorumaq və Suriyadakı qeyri-sabitliyin təcili olaraq sona çatması üçün bütün terror təşkilatları ilə mübarizəsini davam etdirəcəyini qeyd edib. 



Избранный
4
trt.net.tr

1Источники