RU

Mudrik Poqbaya yardım edən şirkətlə müqavilə bağladı - SON DURUM

"Çelsi"nin ukraynalı hücumçusu Mixail Mudrik dopinq testinin müsbət çıxması ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün "Morgan Sports Law" hüquq firması ilə əməkdaşlığa başlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Morgan Sports Law" bundan əvvəl fransalı futbolçu Pol Poqbanın 4 illik qadağasından sonra vəkillik edən və uğurlu müraciətdən sonra cəza müddətinin 18 aya endirilməsinə nail olan hüquq firmasıdır.

Bu arada, Mudrik özü poliqrafiya testindən keçib və o, bədəninə qadağan olunmuş maddənin daxil olması ilə heç bir əlaqəsinin olmadığını bildirib.

“Çelsi”nin baş məşqçisi Entso Mareska isə ukraynalının son oyunlarda iştirak etməməsini onun xəstəliyi ilə əlaqələndirib. 

23 yaşlı Mudrik cari Premyer Liqa mövsümündə oynadığı 7 matçda heç nə ilə yadda qalmayıb. Bununla belə, o, Konfrans Liqasında keçirdiyi 6 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
9
fanat.az

1Источники