Cari ilin noyabr ayında 12 aylıq inflyasiya 4,4 faiz olub. İllik qiymət artımı ərzaq malları üzrə 4,4 faiz, qeyri-ərzaq malları üzrə 2,2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.
İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Ötən ilin eyni dövrü ilə müqayisədə qlobal əmtəə qiymətləri indeksi cəmi 0,7 faiz artıb (BVF). Həmçinin ilin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 11 ayında 7,1 faiz) möhkəmlənməsi idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
“Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır. Mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi idxal inflyasiyasının artımı ilə bağlı risklər yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 11 ayında 6,5 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Noyabrda son 1 il ərzində bank sisteminin kredit portfeli 19,6 faiz, o cümlədən biznes kredit portfeli 18,7 faiz artıb.
Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu dəyişməz qalır”, - deyə AMB-nin məlumatında bildirilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта