RU

Zaxarova qəzəbləndi - “Qorxaqlar, satılmışlar....”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT-nin Rusiya Radiasiya, Kimyəvi və Bioloji Qüvvələrinin rəisi general-leytenant İqor Kirillovun qətlinə reaksiyasını “satılmışlıq faktı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi beynəlxalq təşkilatı qorxaqlıqda ittiham edib.

“Hesab edirəm ki, bu, satılmışlığın sübutudur. Korrupsiya həm də qorxu ilə bağlıdır. Söhbət qorxaqlıqdan gedir. Dünən dedikləri, daha doğrusu, demədikləri, mızıldandıqları korrupsiyalarının göstəricisidir. Çünki İqor Kirillov ən yüksək peşəkar kimi, o cümlədən beynəlxalq platformalar və beynəlxalq təşkilatlarda tanınırdı”, - Zaxarova bildirib.

TASS yazır ki, BMT Kirillovun öldürülməsini pisləməyib, gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb.

Xatırladaq ki, rusiyalı general dünən evinin önündə öldürülüb. Olayın məsuliyyətini Ukrayna kəşfiyyatı öz üzərinə götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
19
teleqraf.com

1Источники