RU

Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması əsas prioritetlərimizdəndəndir - TƏBİB sədri

Bakı. Trend:

Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesininrəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndəndir.

Trend xəbər verir ki, bunu“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”tədbiri zamanı TƏBİB-in İcraçıdirektoru Vüqar Qurbanov deyib.

O bildirib ki, bu sahədə artıq kifayət qədər işlər görülüb.

"Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsiplanlaşdırılır. Ümumiyyətlə, bütün yeniliklər, səhiyyəidarəetməsindəki müasir tendensiyalar gün ərzində panelmüzakirələrdə əhatə olunacaq. Mən 2024-cü il ərzində TƏBİB tabelitibb müəssisələrinə edilən müraciətlərlə bağlı statistikanı sizinləbölüşmək istəyirəm. 2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyonmüraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib",- deyə oəlavə edib.

V. Qurbanov qeyd edib ki, bunlar kifayət qədər böyükrəqəmlərdir:

"Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdimedə bilmək üçün idarəçilik çox önəmlidir. Biz işə qəbulprosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunumənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbərşəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibbmüəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəniuğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa,21 müəssisənin ümumi ştat və strukturu dəyişilib".

Məqalədə:
Избранный
27
1
az.trend.az

2Источники