RU

ABŞ Dövlət Departamentinin mətbuat katibi Suriyadaki hadisələrlə bağlı sualları cavablandırıb

 

Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyanın şimalında PKK-nın yaratdığı terror təhlükəsi ilə bağlı qanuni narahatlığını başa düşdüyünü bildirib. 

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller gündəlik mətbuat konfransında Suriyada baş verən hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb. O, Suriyanın şimalında PKK/PYD separatçı terror təşkilatının yaratdığı təhlükə ilə bağlı "Türkiyənin PKK-nın yaratdığı terror təhlükəsi ilə bağlı qanuni narahatlığını anlayırıq" ifadəsini işlədib. 

Türkiyənin Suriyadakı muzdlu döyüşçülərin mövcudluğu ilə bağlı narahatlığını da başa düşdüklərini vurğulayan Miller bu səbəbdən ABŞ-ın Türkiyə hökuməti ilə bu narahatlıqları müzakirə etdiyini və gələcək üçün bir yol tapmağa çalışdıqlarını qeyd edib. 

O, "Görmək istədiyimiz şeyin Suriyada bütün etnik qrupları əhatə edən milli bir hökumətin qurulması olduğunu deyə bilərəm" ifadələrini işlədib. 

Son olaraq, ayrı-ayrı bayraqlar altında silah gəzdirən heç bir alt milis qrupunun olmaması lazım olduğunu vurğulayan Mettyu Miller bu istiqamətdə Suriyadan muzdlu döyüşçülərin çıxarılmasını müzakirə etməyin tamamilə düzgün olduğunu bildirib.

Suriyada qurulacaq yeni siyasi sistemin necə olması lazım olduğu ilə bağlı suala katib "Bu, ABŞ-ın deyil, Suriya xalqının verəcəyi bir qərardır" cavabını verib. 



Избранный
7
trt.net.tr

1Источники