Bakı. Trend:
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-noyabraylarında 16,9 milyon ton yük, 7672,6 min sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yükdaşınmasında 1,1 faiz, sərnişin daşınmasında isə 21,0 faiz artımmüşahidə olunub.
Qeyd olunub ki, orta hesabla sutkada 375 vaqon yüklənmiş, 437vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqamətiüzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənubistiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.