RU

Bayden administrasiyasının Ukraynaya hərbi yardımı 2025-ci ilin sonuna qədər kifayət edəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Bu həcmdə silah, texnika və material gələn ilin sonuna kimi Ukraynaya üçün kifayət etməlidir.

Bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller deyib.

“İnanırıq ki, Ukraynaya göstərdiyimiz hərbi yardım onlara 2025-ci ilin sonuna qədər döyüşmək üçün bəs edəcək”,-deyə o bildirib..

Eyni zamanda, Miller ABŞ Konqresinin yazda qəbul etdiyi Ukraynaya genişmiqyaslı hərbi yardım paketindən hökumətin sərəncamında nə qədər pul qaldığını açıqlamayıb..

Dövlət Departamentinin sözçüsü yardımın qalan hissəsi ilə bağlı məsələnin Pentaqonda müzakirə olunduğuna istinad edib.

Oxuməni.az

Избранный
6
oxumeni.az

1Источники