RU

Zaxarova: BMT-nin bu qətlə reaksiyası korrupsiyanın sübutudur

Təşkilat bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisinə qarşı törədilən terror aktını pisləməyib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun qətlinə reaksiyasını “korrupsiya sübutu” adlandırıb.

Rusiya mətbuatı qeyd edib ki, BMT Kirillova qarşı törədilən terror aktını pisləməyib və yalnız gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb.

Bildirək ki, bir gün əvvəl Zaxarova Telegram kanalında Kirillovun uzun illərdir ki, anqlosaksların və NATO-nun cinayətlərini sistemli şəkildə və sübutlarla ifşa etdiyini vurğulayıb . Diplomat generala qarşı terror aktına Qərbin reaksiyasının olmamasına xüsusi diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
30
turkustan.az

1Источники