RU

45 dəqiqə davam edən öskürək britaniyalı jurnalistin həyatını acınacaqlı etdi

45 dəqiqə davam edən öskürək britaniyalı jurnalistin həyatını acınacaqlı etdi

Britaniyalı jurnalist Cenni Qou 45 dəqiqə davam edən öskürək tutmasından sonra qismən iflic olub. Günlərlə həkim nəzarətində saxlanıldıqdan sonra sağlamlığına qovuşan Qou insult müalicəsində erkən diaqnozun əhəmiyyətini vurğulayıb.Radio aparıcısı Cenni Qou 2 il əvvəl yaşadığı uğursuz hadisədən danışıb.O zamanlar davamlı öskürdüyünü izah edən Qou “Öskürəm o qədər şiddətli idi ki, hətta dəfələrlə COVID-19 testləri də etmişəm. Hamısı neqativ çıxdı. Başqa bir səhər mən kəskin öskürək ilə oyandım. Üzümü yumaq üçün hamama gedəndə daha da pisləşdim. O anda o qədər pis oldum ki, ağlıma gələn tək şey vannadan yapışmaq idi, çünki huşumu itirəcəyimi hiss edirdim. Nəhayət, daha dözmədim və yıxıldım. Yıxıldığımı eşidən həyat yoldaşım yanıma qaçanda, artıq özümdə deyildim" bildirib.Təcili olaraq xəstəxanaya çatdırılan Cenni Qounun üzünün sağ nahiyəsində insult olduğu müəyyən edilib.Bir müddət xəstəxanada yatan qadın danışmaqda çətinlik çəkib və demək istədiyini lövhəyə yazıb.Cenni Qou ''İnsultun əlamətlərini qabaqcadan görə bilmək çox vacibdir. Çünki erkən diaqnoz müalicənin müsbət irəliləməsi üçün çox faydalıdır. Günlərlə xəstəxanada qaldım, düşündüm ki, bir daha danışa bilməyəcəm və əvvəlki kimi beynimi işlədə bilməyəcəm" deyib.Sürətli müdaxilə sayəsində sağ qaldığını ifadə edən Cenni insult əlamətlərinə diqqət çəkib. Təcili müdaxilə bərpa prosesində mühüm rol oynayır.Cenninin hekayəsi insult haqqında məlumatlılığın artırılması ilə yanaşı, gənclərin də risk altında olduğunu xatırladır.

Избранный
1
1
afn.az

2Источники