Müğənni Almaz Saraylı qohumu olan Elnarə Xəlilova və Mina Hüseynlə bağlı qalmaqallı açıqlama verib.
Lent.az xəbər verir ki, müğənni qatıldığı proqramda onları qohum hesab etmədiyini deyib:
"Onlar ATV-də elə söz dedilər ki, qəlbimə dəydilər. Əslində babam ikinci dəfə ailə qurub, onlardan olan uşaqlardır. Onlar mənim heç nəyimdilər. Çünki başqa şey dedilər. Elnarə efirdə mənimlə bağlı deyir ki, ögeydi. Efirdə belə bir şey demək olar? O sözə görə onlardan qəlbim qırılıb, mənim heç nəyimdirlər.
Ən yaxın qohumlarım Nailə Mirməmmədlidir, doğma əmim qızıdır. Brilliant Dadaşova xalam nəvəsidir. Xalq artisti Əlibaba Abdullayev anamın əmisidir. Bunlardan deyin. Onların adını çəkməyin"