RU

“Natura” şirələri: Qabaqcıl texnologiya ilə təbii dadın birləşməsi (FOTO)

Bakı. Trend:

Yəqin, ölkə xaricində Azərbaycan istehsalı olan məhsullarlarastlaşanda hər kəsin içində bir doğmalıq hissi yaranır. Növbətiaddım isə, mütləq etiketini oxuyaraq o məhsulun hansı şirkətinistehsalı olduğu ilə maraqlanmaq olur. Sevindirici haldır ki, oetiketlərdə istehsalı Qəbələ Konserv Zavoduna məxsus “Natura”şirələrini görmək adi hala çevrilib.

Oradan başlayaq ki, “Natura” brendi 2011-ci ilin martındayaradılıb və qısa müddətdə yerli bazarın alkoqolsuz içkilərkateqoriyasında güclü mövqe əldə edib. Həm Tetra Pak, həm də şüşəqablaşdırmada təklif olunan meyvə şirələri alma, multimeyvə,ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi10 fərqli variantda istehlakçılara təqdim olunur. Təbii tərkibli“Natura” meyvə şirəsi və nektarları, qatılaşdırılmış meyvə şirəsivə ya püresindən hazırlanır.

“Natura” məhsulları yerli bazarda böyük tələbatla qarşılanmaqlayanaşı, MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya kimiölkələrə də ixrac olunur. Onu da qeyd edək ki, “Natura” şirələrininistehsalçısı olan Qəbələ Konserv Zavodu müasir Avropatexnologiyaları ilə təchiz edilib və illik 320 min ton meyvəşirəsi, meyvə şirəsi konsentratı və sərinləşdirici içki istehsalgücünə malikdir.

İtalyanın Padovan və İsveçin Tetra Pak kimi müasir texnolojiavadanlıqları ilə təmin edilən zavod ekoloji tələblərə uyğunşəkildə məhsul istehsal edir. Bu, istehlakçıları keyfiyyətliməhsulla təmin etməklə yanaşı, həm də dövlətin və beynəlxalqtəşkilatların müəyyən etdiyi xüsusi standartların tətbiqi deməkdir.Zavod istehsal və istehlak sahələrində təbii resursların qorunması,ətraf mühitin sağlamlığı və dayanıqlı inkişafın təmin edilməsiniözünə missiya seçib. Belə ki, müəssisə müasir sənayenin və ekolojisiyasətin ən mühüm istiqamətlərindən biri kimi qablaşdırmada datəkrar emal texnologiyasından istifadə edir.

Ekologiyanın qorunmasına da xüsusi həssaslıqla yanaşan QəbələKonserv Zavodu müasir çirkab su arıtma sistemindən istifadə edir.Çirkab su arıtma sistemi vasitəsi ilə müəssisənin istehsalat sularıkimyəvi və bioloji təmizləmə edilərək ekoloji normalar çərçivəsindəsu mənbələrinə axıdılır. Bu istiqamətdə zavodun bir çox ekolojisertifikatları da mövcuddur.

“Qəbələ Konserv Zavodu” MMC, FSSC 22000 Qida Təhlükəsizliyiİdarəetmə Sistemi Sertifikatına sahibdir və müəssisədə “Natura”şirə və nektarlarının hazırlanması üçün yüksək keyfiyyətli vəhəssaslıqla seçilmiş, xüsusi analizlərdən keçmiş xammallardanistifadə olunur. Belə ki, istehsal olunan hər partiya “Natura”meyvə şirə və nektarlarından mütləq qaydada arbitraj nümunələrigötürülərək saxlanılır, habelə istehsal prosesi zamanı prosedurlarauyğun olaraq davamlı keyfiyyət analizləri aparılır. Bütün istehsalprosesi təsdiqlənmiş qayda və prosedurlar əsasında yerli vəbeynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Bundanəlavə, məhsullar satış nöqtələrinə göndərilməzdən əvvəl qidatəhlükəsizliyi standartlarının tələblərinə uyğun şəkildə anbardasaxlanılır və bütün yoxlama mərhələlərindən uğurla keçdikdən sonraistehlakçıların istifadəsi üçün hazır hala gətirilir.

Qeyd edək ki, Qəbələ Konserv Zavodu regionun ən böyük meyvəşirəsi və sərinləşdirici içkilərini istehsal edən müəssisə olaraqQəbələ rayonunda əhalinin işsizliyinin aradan qaldırılmasında daxüsusi rol oynayır. Belə ki, zavodda çalışan yerli əməkdaşlarınsayı 400 nəfərdən çoxdur. Həmçinin müəssisə hər il yerlifermerlərdən böyük həcmdə meyvə tədarük edir və bu yolla həm yerlitədarükçüləri, həm də onların yaratdığı iş yerlərini dəstəkləyərəksözü gedən bizneslərin davamlılığını təmin edir.

“Natura”
“Natura”
“Natura”
“Natura”
Избранный
18
4
az.trend.az

5Источники