RU

Gələn il Vəkillər Kollegiyasının Bakıda yeni ofisi istifadəyə veriləcək

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni bina ayrılıb. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətin sədri Anar Bağırov deyib. “Bu binada öz hesabımıza təmir-tikinti işləri aparacağıq. Artıq layihə-smeta sənədləri dövlət qurumlarında razılaşdırılıb. Tender elan olunub, yaxın günlərdə işə başlamaq niyyətindəyik. Ümid edirəm ki, gələn il Vəkillər Kollegiyasının Bakı şəhərində çox müasir bir ofisi istifadəyə veriləcək".

A.Bağırov, həmçinin qeyd edib ki, vəkilliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə son illərdə regional məhkəmələrinin fəaliyyət göstərdiyi iri şəhərlərdə - Sumqayıtda, Şəkidə, Şirvanda regional komplekslər istifadəyə verilib: “Həmçinin keçmiş Gəncə Şəhər Prokurorluğunun binası Vəkillər Kollegiyasının balansına verilib. Hazırda bu binada əsaslı təmir işləri aparılır. Bu yaxınlarda həmin bina istifadəyə veriləcək və Qərb bölgəsində Vəkillər Kollegiyasının çox müasir və bütün tələblərə cavab verən regional mərkəzi olaraq fəaliyyət göstərəcək”, - deyə o qeyd edib.

Избранный
37
8
sia.az

10Источники