RU

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

Müdafiə Sənayesi Nazirliyinin (MSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən  bildirilib ki, əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və əməkdaşlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da unudulmaz xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Peşə bayramı tədbiri geniş tərkibdə Beynəlxalq Muğam Mərkəzində davam etdirilib. Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni səsləndirilib.

Sonra nazirliyin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Nazir Vüqar Mustafayev çıxışında 2024-cü ilin müdafiə sənayesi üçün uğurlarla yadda qaldığını qeyd edib. O, MSN-in təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin regionun ən böyük müdafiə sənayesi sərgisi olduğunu, həcminə görə isə ölkə tarixində keçirilən ən böyük sərgi statusunu qazandığını bildirib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin sərgidə nümayiş etdirilən hərbi məhsullarla bilavasitə tanış olması dövlətin müdafiə sənayesi sahəsinə və hərbi quruculuq məsələlərinə xüsusi diqqətinin bariz nümunəsidir.

Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradıldığını diqqətə çatdıran nazir qurumun ölkənin iqtisadi gücünün artırılmasına da layiqli töhfələr verdiyini deyib. V.Mustafayev son iki ildə dövlət müdafiə sifarişinin həcminin və icrasının 5 dəfədən çox artdığını, bunun müdafiə sənayesinin yüksələn xətlə inkişafının əyani nümunəsi olduğunu vurğulayıb.

Dövlətimizin başçısının Müdafiə Sənayesi Nazirliyinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir, bu vəzifələrin müdafiə sənayesinin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb etdiyini diqqətə çatdırıb. O, bu il, həmçinin MSN-in tabeliyində olan Milli Aerokosmik Agentliyinin (MAKA) yaranmasının 50 illik yubileyinin qeyd olunduğunu bildirib.

MAKA-nın baş direktoru Natiq Cavadov çıxışında Agentliyin yaranma tarixindən və qurumun əldə etdiyi uğurlardan danışıb.

MSN-in məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev nazirliyin müəssisələrində istehsal edilən silah və hərbi texnikanın Vətən müharibəsi zamanı əldə olunmuş tarixi Qələbənin qazanılmasında, düşmənin torpaqlarımızdan qovulmasında xüsusi rolunu qeyd edib.

Tədbir bədii proqramla davam etdirilib.

Избранный
6
3
xalqqazeti.az

4Источники